• $
  • €
  • ₽
  • ₺
  • £

Davudoğlu: "Putinin dediklərini ciddi qəbul etmirik"

Davudoğlu: "Putinin dediklərini ciddi qəbul etmirik"
19.12.2015 11:50
"Bir ay öncə Putin belə bir açıqlama verə bilərdimi? Bir ay öncə qəbuledilməz olan məsələlər indi söylənilərsə, onlar ciddi qəbul edilə bilməz. Ona görə də Putinin dediklərini ciddi qəbul etmirik. Bu, bir uşaq davranışıdır. Əvvəllər belə işləri ölkəmizdə hərbi çevrilişi edənlər görərdi, indi də Putin bu işlə məşğuldur".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Avropa İttifaqına üzv 10 dövlətin başçısı ilə görüşdən qayıdarkən, yolüstü jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransında dediklərinə cavabında bildirib.

"Putin Türkiyənin içində müxalifət yaradacağını indi kəşf edib. O, birdən-birə Türkiyənin müsəlman dövləti olduğunu, Türkiyədə islamlaşmanı, ABŞ-la yaxın əməkdaşlığımızın olduğunu indi xatrıladı?", - Əhməd Davudoğlu vurğulayıb.

Türkiyənın üzləşdiyi qaçqın problemindən danışan Əhməd Davudoğlu deyib: "Rusiya Suriyanın Rakka şəhərini, terrorçu İŞİD-in mövqeylərini bombalasa, Türkiyəyə heç bir qaçqın gəlməz. Ancaq indiki kimi Rusiya Əzizi (Rusiya bu şəhərdə humanitar yardım aparan maşın karvanını havadan bombalamışdı - "Report"), Hələbi bombalayarsa, o zaman olduğu kimi Türkiyəyə qaçqın axını da çoxalar. Rusiyanın bu məsələdə xoş niyyətli olduğunu düşünmürəm".
Baş nazir İraqdakı Türkiyə hərbçiləri ilə bağlı ABŞ prezidentinin müavini Co Baydenlə danışdığını da söyləyib: "O, mənə "İraqdan əsgərlərinizi çıxarın" deməyib. Onunla iki dəfə telefonla danışdım, o, mənə bu haqda heç bir söz deməyib. Bayden mənə "bunu İraq hökuməti ilə razılaşdırsanız yaxşı olar" dedi. Bunu hamımız istəyirik. Ancaq bu da bir gerçəkdir ki, Türkiyənin təhlükəsizliyi sərhədimizin o tərəfindən başlayır. Qonşuluğumuzda olan dövlətlər, İraq və Suriya sərhədlərinə nəzarət edə bilmir".  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol