Məhkəmə Telman İsmayılovu "müflis" elan etdi

Moskva vilayətinin Arbitraj Məhkəməsi iş adamı, Çerkezov bazarının keçmiş sahibi Telman İsmayılovu müflis elan edib.
Məhkəmə bu qərarını Moskva Bankının iddiası əsasında verib.
Məhkəmə həmçinin İsmayılovun şirkətinin Moskva Bankına 213,3 milyon dolar ödəmə ilə bağlı appelyasiya şikayətini təmin etməyib.
Forbs cənab İsmayılovu Rusiyanın 200 ən varlı iş adamında biri elan edib.
Dekabrın əvvəlində Telman İsmayılov özü müflis elan olunmasıyla bağlı məhkəməyə müraciət edib.
Oktyabrın 1-də qüvvəyə minmiş qanuna görə, 500 min rubldan çox borcu olan və ödəməni 90 gündən çox gecikdirən şəxs müflis elan edilə bilər.
Müflisliklə bağlı məhkəməyə borcu olan şəxsin özü və ya onun kreditoru müraciət edə bilər.
Məlumata görə, milliyyətcə azərbaycanlı olan Telman İsmayılov 2009-cu ildə Moskva rəsmilərinin Çerkezov bazarını ləğv etməsindən sonra maliyyə böhranı ilə üzləşib.
Növbəti illərdə İsmayılov ona məxsus bir neçə aktivini satıb. // bbc.com/azeri
www.ann.az