• $
  • €
  • ₽
  • ₺
  • £

Tehran Səudiyyə ilə dialoq istəyir

Tehran Səudiyyə ilə dialoq istəyir
22.12.2015 20:03
Tehranın Xarici İşlər Nazirliyi dekabrın 21-də bildirib ki, regional mübahisələrin həlli naminə rəqibi Səudiyyə Ərəbistanı ilə "birbaşa dialoq”a açıqdır.

Şiə İranı və sünni krallıq Suriya, İraq və Yəmən münaqişələrində bir-birinə zidd mövqe tutublar. Onların ziddiyyəti Bəhreyndən tutmuş Livanadək hiss olunur.

İran İraq və Suriya hökumətlərini dəstəkləyir, onları İslam Dövləti (İŞİD) silahlı qruplaşması ilə mübarizədə hərbi məsləhətlə təmin edir.

Riyad isə Suriyadakı üsyançı qrupları dəstəkləyir.

İran XİN-in sözçüsü Hossein Jaber Ansari deyib ki, Səudiyyənin yeni səfiri tezliklə Tehrana gələcək. Əvvəlki səfir bir ildən çoxdur İrandan gedib.

Səudiyyə Ərəbistanı 34 sünni müsəlman ölkəsinin iştirakıyla antiterror koalisiyası yaradıb, İran, İraq və Suriya buraya daxil deyil. Ancaq Ansari bu addımı birbaşa tənqid etməyib.

Ancaq sözçü onu da deyib ki, krallıq "ikili standartlardan qaçmalı”, əməliyyatlar aparılan ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol