• $
  • €
  • ₽
  • ₺
  • £

BƏƏ səfiri: "Azərbaycan Qafqazda bizim üçün şəbəkə ola bilər"

BƏƏ səfiri: "Azərbaycan Qafqazda bizim üçün şəbəkə ola bilər"
22.12.2015 13:46
2014-cü ildə 6376 azərbaycanlı BƏƏ-yə səfər edib

"Azərbaycan Qafqazda bizim üçün şəbəkə ola bilər". Bu fikri "Report"a müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl-Qubaysi deyib.

Onun sözlərinə görə, bu il ölkələr arasında ticarət dövriyyəsi 40 milyon dollar təşkil edib: "Ölkəmiz gəncdir və ticarət əlaqələrini qurub inkişaf etdirmək üçün bizə vaxt lazım gəldi. BƏƏ və Azərbaycanın imkanlarını nəzərə alanda, bu, azdır. Bununla barışa bilmirəm, gərək bu rəqəmi artıraq".

Turizm əlaqələrinin potensialı barədə danışarkən səfir Azərbaycanın BƏƏ-dən olan turistlər üçün bir çox cəlbedici yerlərə malik olduğunu qeyd edib: "Ölkə əhalisinin yarıdan çoxu turist kimi digər ölkələrə gedir. Əmirliyin sakinləri ildə iki dəfə harasa istirahətə yollanır. Azərbaycan və BƏƏ arasındakı yaxın münasibətlər və birbaşa reyslərin sayının kifayət qədər çox olması bizə, hətta həftəsonlarını Bakıda keçirməyə imkan yaradır".

Eyni zamanda M.Əl-Qubaysi vurğulayıb ki, 2014-cü ildə 6376 azərbaycanlı BƏƏ-yə səfər edib. O, həmçinin Azərbaycanın Dubayda keçiriləcək EXPO-2020 sərgisinə cəlb edilməsi yönündə işlərin davam etməsi barədə də məlumat verib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol