• $
  • €
  • ₽
  • ₺
  • £

Səlahəddin Dəmirtaş Moskvada Rusiya XİN rəhbəri ilə danışıqlar aparacaq

Səlahəddin Dəmirtaş Moskvada Rusiya XİN rəhbəri ilə danışıqlar aparacaq
23.12.2015 11:54
PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfərə gəlib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dəmirtaşın bu gün Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparması nəzərdə tutulub. Agentliyin məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Dəmirtaşın Rusiyaya səfərini sərt tənqid edərək, onu  "Türkiyənin problemi olanlarla” əməkdaşlıq etdiyinə görə qınayıb.  
 
Rusiya XİN-dəki mənbə "RİA Novosti”yə Səlahəddin Dəmirtaşın bu gün Lavrovla görüşəcəyini təsdiqləyib.
 
Qeyd edək ki, Səlahəddin Dəmirtaş ötən həftə Moskvaya səfər edəcəyini barədə mətbuata  açıqlama verib.
 
APA-nın dekabrın 20-də "Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, S. Dəmirtaş açıqlamasında səfərin məqsədinin partiyasının Rusiya təmsilçiliyinin açılması olduğunu bildirib. 
 
O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib.
 
"Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq”, - deyə S. Dəmirtaş bildirib.
 
Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol