• $
  • €
  • ₽
  • ₺
  • £

Səlahəddin Dəmirtaş: "Rusiya ilə əlaqələrə böyük əhəmiyyət veririk"

Səlahəddin Dəmirtaş: "Rusiya ilə əlaqələrə böyük əhəmiyyət veririk"
23.12.2015 15:36
Təyyarənin vurulmasını doğru qərar saymıram

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşı Moskvada qəbul edib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Dəmirtaş "bu ağır zamanda Rusiya ilə əlaqələrə böyük əhəmiyyət verdiklərini" deyib.

Lavrov Dəmirtaşla "Suriyadakı vəziyyəti" də müzakirə edib.

HDP-nin həmsədri Türkiyənin sərhədini pozan Rusiya hərbi təyyarəsinin vurulmasının doğru qərar olmadığını da vurğulayıb.
Dəmirtaş Rusiyada başqa görüşlər də keçirəcək.


Məlumata görə, o, Moskvada HDP-nin nümayəndəliyini açmaq istədiklərini də bildirib.

Qeyd edək ki, bu il oktyabrın 9-da Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Parisdə terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin (Demokratik Birlik Partiyasının) həmsədri Salih Müslimlə görüşmüşdü.

Bu səfərdən bir neçə ay öncə Salih Müslim Rusiyaya səfər etmişdi. Ehtimal edilir ki, həmin səfər zamanı o, Rusiya Suriyadakı kürdlərin muxtariyyətini dəstəkləyəcəyini vəd edib. Bundan başqa, Moskvanın Bəşşar Əsədlə terrorçu "PYD" arasında vasitəçilik edəcəyi iddiası da irəli sürülüb.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı rəsmi Moskvanın kürdlərə silahı İraq hökuməti vasitəsi ilə ötürdüyünü bildirmişdi.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol