• $
  • €
  • ₽
  • ₺
  • £

Zimbabve prezidentinin həyat yoldaşı ölkəyə rəhbərliyi ələ keçirdi

Zimbabve prezidentinin həyat yoldaşı ölkəyə rəhbərliyi ələ keçirdi
24.12.2015 16:41
Tsvangirai: Qreys Muqabe ölkə prezidentinin funksiyalarını yerinə yetirir, ölkə hökuməti isə iflic durumdadır

Zimbabve prezidentinin həyat yoldaşı Qreys Muqabe faktiki olaraq, 91 yaşlı Robert Muqabenin yerinə ölkəyə rəhbərliyi ələ keçirib. "Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Zimbabvenin əsas müxalifət partiyası olan "Demokratik Dəyişiklik Uğrunda Hərəkat" partiyasının başçısı Morqan Tsvangirai məlumat verib.

M.Tsvangirainin sözlərinə görə, prezident R.Muqabenin həyat yoldaşı "saray çevrilişi"ndən sonra ölkə prezidentinin funksiyalarını yerinə yetirir, ölkə hökuməti isə iflic durumdadır.

Qəzetin yazdığına görə, Qreys Muqabe son zamanlar Zimbabvenin siyasi həyatında nüfuzlu fiqura çevrilib. Ötən ilin dekabr ayında xanım Muqabe iqtidardakı "Zimbabve Afrika Milli Birliyi - Vətənpərvərlik cəbhəsi" partiyasında vacib postlardan birini tutub.
"The Guardian" yazır ki, bütün bunlara baxmayaraq, prezidentin xanımı xalq arasında populyar sima deyil. Xüsusən də Q.Muqabenin ölkə iqtisadiyyatının böyük çətinliklər yaşadığı dönəmdə qiymətli əşyalar almaq üçün xaricə tez-tez səfər etməsi narazılığa səbəb olur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol