Azərbaycanın yardımı Qırğızıstana çatdı

Fövqəladə Hallar Nazirliyinin Qırğızıstan Respublikasına göndərdiyi humanitar yardım ünvana çatıb.
Nazirliyin yaydığı məlumata görə, dekabrın 7-də Azərbaycan hökuməti adından Qırğızıstan Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə humanitar yardım göndərilmişdi.
Yardım dekabrın 25-də hadisə yerinə çatıb.
Humanitar yardımın hansı məbləğdə olduğu bildirilmir. /Azadliq.org
www.ann.az
























