• $
  • €
  • ₽
  • ₺
  • £

Smartfonların insan sağlamlığına təsiri öyrənilir

Smartfonların insan sağlamlığına təsiri öyrənilir
30.12.2015 23:32
Smartfonlar, fabletlər, planşetlər – miniatür kompüterlər sürətlə həyatımıza inteqrasiya edir. Elə bu səbəbdəndir ki, alimlər bu qurğuların insanın fiziki və psixi sağlamlığına təsirinin hərtərəfli tədqiqinə başlayıblar.

"ICTnes” Elektron Xəbər Xidməti "naked-science.ru” resursuna istinadən yazır ki, Harvard Universitetinin professoru Emi Kaddi "The New York Times” üçün yazdığı məqaləsində qeyd edib ki, gözünü smartfonun displeyindən ayıra bilməyən insanların beli tədricən əyilə bilər. Belə vəziyyət boyun nahiyəsinə əlavə yük yaradaraq müxtəlif xoşagəlməz vəziyyətlərə gətirib çıxarır. Orta çəkili insanlarda başın mailliyi 30 dərəcə olduqda boyun nahiyəsinə təxminən 18 kq, 60 dərəcədə isə 27 kq əlavə yük düşür.
 
Belə duruş yalnız fiziki deyil, həm də psixi vəziyyətə təsir edir: Kaddinin sözlərinə görə, belə duruş forması yalnız neqativ vəziyyəti əks etdirmir, həm də onu yaradır. Alim elmi işlərə istinad edərək bildirib ki, bükülmüş bel forması insanın əhval-ruhiyyəsinin pisləşməsinə, yaddaşının zəifləməsinə səbəb olur.
 
"Biz işin səmərəliliyini və yaşayış keyfiyyətini yüksəltmək məqsədilə gün ərzində mobil qurğulardan bir neçə saat istifadə edirik, ancaq bu cihazlarla belə sıx qarşılıqlı əlaqə tamamilə əks-təsir göstərir" – deyə Kaddi yazır.
 
Alim qeyd edir ki, smartfondan istifadə zamanı bədənin vəziyyətinə diqqət yetirmək lazımdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol