Rusiyada 4 azərbaycanlıya hökm oxundu

Moskvada dörd azərbaycanlı quldurluğa görə məhkum olunub.
ANS PRESS-in məlumatına görə, həmyerlilərimiz Perm şəhərində meyvə-tərəvəz dükanına hücum etməkdə ittiham edilirlər. Perm rayon məhkəməsi tərəfindən onlar barəsində başlanan cinayət işi üzrə hökm çıxarılıb.
Rayon polis bölməsindən verilən məlumatlara əsasən, təqsirli bilinərək həbs edilən
Azərbaycan vətəndaşları aşağıdakılardır:
30 yaşlı Nail Ağayev
32 yaşlı Şöhrət Hüseynov
38 yaşlı Tərlan İsgəndərov
23 yaşlı Hilal Vaqifli
Məhkəmənin qərarı ilə onların hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlılar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Məlum olub ki, bu il yanvarın 6-da Hilal Vaqifli sürücü qismində N.Ağayev, Ş.Hüseynov və T.İsgəndərovun Moskvanın Kasino-Uxtomski rayonunun Rudnevko küçəsində yerləşən mağazaya hücum etməklərinə şərait yaradıb. Mağazaya hücum edən 3 nəfər əllərindəki oyuncaq tapança ilə satıcını hədələyərək ondan 30 min rubl (648 min AZN), daha sonra içərisində 3 milyon 500 min rubl (75600 min AZN) olan seyf ələ keçiriblər. Bundan başqa, satıcının üzərində olan qızıl-zinət əşyalarını da ələ keçirərək oradan uzaqlaşıblar.
Hüquq-mühafizə orqanlarının axtarışları nəticəsində onları yalnız 3 aydan sonra tutmaq mümkün olub. Məlum olub ki, azərbaycanlılar cinayəti törətdiyi gün ələ keçirdiklərini öz aralarında bölərək hərəyə 4,5 milyon rubl (9720 min AZN) ayırıblar.
www.ann.az
























