• $
  • €
  • ₽
  • ₺
  • £

Dubayda yanğında xəsarət alanlar arasında azərbaycanlı yoxdur

Dubayda yanğında xəsarət alanlar arasında azərbaycanlı yoxdur
02.01.2016 12:13
Dubaydakı "Address Downtown” mehmanxanasında baş verən yanğında xəsarət alanlar arasında azərbaycanlıların olmadığı barədə xəbər rəsmən təsdiqlənib.
 
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Dubay Əmirliyinin dövlət orqanları tərəfindən Azərbaycanın bu şəhərdəki Baş Konsulluğuna verilən rəsmi məlumata görə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Qeyd edək ki, dekabrın 31-də yeni ilin gəlişinə az qalmış Dubaydakı çoxmərtəbəli "Address Downtown” mehmanxanasında yanğın baş verib. Yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər basabasda ürək tutmasından ölüb. Yanğının səbəbləri hələlik məlum deyil. Yanğın zamanı mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol