• $
  • €
  • ₽
  • ₺
  • £

"Dağlıq Qarabağda vəziyyətin gərginləməsi bizi narahat etməyə bilməz"

"Dağlıq Qarabağda vəziyyətin gərginləməsi bizi narahat etməyə bilməz"
04.01.2016 12:14
"Ümid edirik ki, Berndə baş tutan danışıqlar Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində vəziyyətin stabilləşməsinə təsir edəcək"

"Dağlıq Qarabağda vəziyyətin gərginləməsi bizi narahat etməyə bilməz". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "İnterfax" agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqor Karasin deyib.

"Son aylar aralarında dinc sakinlərin də olduğu ölüm hallarının çoxalması ilə nəticələnən artilleriya, iriçaplı pulemyotlar və reaktiv atış qurğularından istifadə olunmaqla silahlı qarşıdurmanın aktivləşdiyinin şahidi olduq. Belə vəziyyət bizi narahat etməyə bilməz", -deyə Rusiya XİN başçısının müavini qeyd edib.
 
Q. Karasin bildirib ki, münaqişə tərəfləri davamlı sülhə nail olmaq üçün səylərini ikiqat artırmalıdır: "Beynəlxalq vasitəçilərin bu mövqeyi Rusiya, ABŞ və Fransanın 2015-ci ilin dekabrda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında verdikləri bəyanatda da aydın ifadə olunub. Tərəflər həmçinin atəşkəs rejiminin möhkəmlənməsi istiqamətində mövcud olan razılığa da hörmət etməlidirlər".
 
Rusiya XİN başçısının müavini dekabrın 19-da Berndə keçirilən Azərbaycan-Ermənistan prezidentlərinin görüşündən də danışıb: "Bern görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi, ilk növbədə münaqişə zonasında gərginliyin azaldılması müzakirə olunub. Ümid edirik ki, baş tutan danışıqlar Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində vəziyyətin stabilləşməsinə təsir edəcək. Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olaraq münaqişə tərəflərinə kompromisə nail olmağa kömək etmək üçün aktiv səy göstərir. Son vaxtlar Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə məsləhətləşmələr keçirilib. Bu məsləhətləşmələrdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair kompleks məsələlərə baxılıb. Ümid edirəm ki, yeni ildən sonra da bu iş davam etdiriləcək. Təbii ki, hərbi vəziyyət də diqqətdən kənar qalmayacaq".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol