• $
  • €
  • ₽
  • ₺
  • £

“Twitter” dən yenilik

“Twitter” dən yenilik
06.01.2016 10:46
"Twitter” mesajların uzunluğuna olan məhdudiyyəti ləğv etməyi planlaşdırır.

ANS PRESS-in məlumatına görə, bundan sonra sosial şəbəkədə yazılan mesajları 140 işarədən çox yazmaq mümkün olacaq.

"Tvitter" şəbəkəsinin mütəxəssislər komandası yeni funksiyanı hazırlayır. Bu funksiya 140-dan çox simvol olan xəbəri göndərməyə icazə verəcək. Bu haqda şirkətdə olan mənbələrə istinadən "Re/code" portalı bildirib. Onun məlumatlarına görə, yeni həd 10 min işarə təşkil edə bilər.

Yeniliklərin nə vaxt işə salınmasının tarixi hələ müəyyən edilməyib. Ancaq "şirkət onları martın sonuna kimi həyata keçirməyə ümid edir” deyə mənbə bildirib.

2006-cı ildə yaradılmış "Twitter” sosial şəbəkəsi dünyada 500 milyondan çox istifadəçini birləşdirir.

Bundan əvvəl "Twitter” sosial şəbəkə vasitəsi ilə video paylaşımını çox asanlaşdırıb. Sosial şəbəkədə son yenilənmədən sonra "Twitter”də mobil telefondan video paylaşmaq çox sadə hala gətirilib. Bunun üçün mobil telefonunuzda "Twitter”i açdıqdan sonra ilk olaraq tweet yazma düyməsinə basmalısınız. Daha sonra ekranın alt qisimində olan foto simvolunu basaraq videonu seçirsiniz. Lakin videonuz ən çox 30 saniyə olmalıdır. Daha sonra paylaşma düyməsinə basaraq videonuzu paylaşırsınız. Bununla yanaşı, videonuzu istədiyiniz hissəsindən kəsərək də seçə və paylaşa bilərsiniz.

Qeyd edək ki, "Twitter" sosial şəbəkəsinin təsisçisi Cek Dorsidir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol