• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında

Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında
06.01.2016 12:25
Azərbaycan dünyanın ən xoşbəxt dörd ölkəsi sırasında yer alıb.

ANN.Az "Report"-a istinadən xəbər verir ki, bunu "Gallup" analitik şirkətinin keçirdiyi sorğu göstərir.

Sorğunun nəticələrinə görə, Kolumbiya dünyanın ən xoşbəxt ölkəsidir (rəyi soruşulanların 85 faizi bunu deyib).

Cənubi amerikalıları Fici və Səudiyyə Ərəbistanı ( hər ikisi 82 %), eləcə də Azərbaycan (81 %) izləyir. Sonrakı pillələrdə Vyetnam (80 %), Argentina və Panama (79 %) qərarlaşıb.

Azərbaycanda respondentlərin 33 faizi 2016-cı ilin yenicə başa çatan 2015-ci ildən daha yaxşı olacağını deyib. 19% bədbinliyini ifadə edibsə, 23% respondent neytrallığını qoruyub.

Ölkədə iqtisadi inkişaf perspektivləri barədə sualı cavablayarkən rəyi soruşulanların 36 faizi hər şeyin daha yaxşı olacağına inandığını söyləyib.

21% respondent mənfi nəticələr gözləyirsə, 11% iqtisadiyyatın elə eyni səviyyədə qalacağını düşünür.

Respondentlərin 66 faizi həyatlarından razı olduğunu bildirib. 10% rəyi soruşulan xoşbəxt deyil, 23% isə nə xoşbəxt olduğunu, nə də xoşbəxt olmadığını deyib.

Sorğuya əsasən, özlərinə ən az xoşbəxt hiss edənlər iraqlılardır.

Qeyd edək ki, sorğuda dünyanın 68 ölkəsindən 66 mindən çox respondenti fikrini bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol