• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada mobil internet istifadəçilərinin sayı iki milyard nəfərə çatacaq

Dünyada mobil internet istifadəçilərinin sayı iki milyard nəfərə çatacaq
07.01.2016 12:33
"IDC" analitik şirkətinin hesablamasına görə, 2016-cı ildə dünyada mobil internetin auditoriyası iki milyard nəfərə çatacaq. 

Bu rəqəm  3,2 milyard nəfərlik ümumi internet istifadəçilərinin yarısından çoxunu təşkil edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "www.ilenta.com" resursuna istinadən yazır ki, sonrakı illər ərzində istifadəçilərin sayında illik artım orta hesabla 2 faiz təşkil edəcək, internetə yalnız mobil qurğular vasitəsilə daxil olanların payı isə 25 faizə yüksələcək.
 
Lakin "IDC" analitiklərinin fikrincə, bu müddət ərzində internetə daxil olmaq üçün yeni üsul yaranacaq ki, bu da proqnozu dəyişə bilər. Bunlar internetə çıxışı hava şarlarının, pilotsuz uçan aparatların və peyklərin köməyi ilə təqdim etmək istəyən "Google", "SpaceX" və "Facebook" şirkətlərinin təşəbbüsləri ola bilər. Məsələn, "Google" Hindistan hökuməti və "BSNL" operatoru ilə  ölkədə "Project Loon" layihəsinin istifadəyə verilməsi ilə bağlı razılıq əldə edib.
 
Şirkət nümayəndələrinin sözlərinə görə, layihə Yer kürəsinin ucqar və ya yoxsul regionlarının sakinlərini internetdən yararlanmaq imkanı ilə təmin edəcək. İnternetin sürəti üçüncü nəsil mobil şəbəkələrində olduğu kimi olacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol