• $
  • €
  • ₽
  • ₺
  • £

“LifeNews” Qarabağ separatçıları ilə bağlı süjet hazırladı

“LifeNews” Qarabağ separatçıları ilə bağlı süjet hazırladı
08.01.2016 19:46
Rusiyanın "LifeNews” telekanalının əməkdaşları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

Oxu.Az xəbər verir ki, kanalın əməkdaşı Yelizaveta Xramtsova qondarma "Dağlıq Qarabaq Respublikasının” 25 illik "müstəqilliyi” ilə bağlı reportaj hazırlayıb.

O, Dağlıq Qarabağın dünya ictimaiyyəti tərəfindən de-yure tanınmadığını xatırladaraq reportajında bu əraziləri "de-fakto dövlət” adlandırıb. Eyni zamanda bu "dövlətin” özünün ordusunun və idarəedici hakimiyyəti olduğunu da vurğulayıb.

Reportajda deyilir ki, Dağlıq Qarabağ ilk dəfə 1918-ci ildə - Azərbaycan öz müstəqilliyini elan edərkən mübahisəli torpağa çevrilib və "Azərbaycan həmin vaxt əhalisinin əksəriyyəti erməni olan Dağlıq Qarabağ ərazisini özünə birləşdirib”.

Dağlıq Qarabağda sənayenin inkişafından danışan müxbir burada kompot, mürəbbə və konsevləşdirilmiş tərəvəzlərin istehsal edildiyini, sonra isə məhsulların üzərinə "Ermənistanda hazırlanıb” etiketi yapışdırmaq üçün İrəvana göndərildiyini söyləyib. O, işğal altındakı torpaqlarda qızıl yataqlarının, tikinti materiallarının zənginliyini də vurğulayıb.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol