• $
  • €
  • ₽
  • ₺
  • £

Merkel Kölndəki hadisələrə görə Davosa səfərini ləğv etdi

Merkel Kölndəki hadisələrə görə Davosa səfərini ləğv etdi
11.01.2016 15:50
Yanvarın 20-23-də Davosda illik Dünya İqtisadi Forumu keçiriləcək

Almaniya kansleri Angela Merkel Davosda keçiriləcək illik Dünya İqtisadi Forumuna (WEF) səfərini ləğv edib. "Report" RBK-ya istinadən xəbər verir ki, buna Kölndə qadınlara hücumlarla bağlı işin araşdırılması səbəb olub.
KİV cinayətlərin Yeni il ərəfəsində törədildiyini yazıb. Məlumata görə, zorakılıq hallarının çoxu şəhərin mərkəzindəki dəmir yolu stansiyasının ərazisində baş verib. Qeyd olunur ki, 500-dən çox qadın polisə müraciət edib. Zərərçəkmişlərdən 40 faizinin sataşma və hətta təcavüzdən polisə şikayət etdiyi xəbər verilir. Zərərçəkmişlər təcavüzkarların çoxunun Yaxın Şərq və Şimali Afrika mənşəli olduğunu iddia edir.

Xatırladaq ki, illik Dünya İqtisadi Forumu yanvarın 20-23-də Davosda keçiriləcək.

Qeyd edək ki, Davosdakı Dünya İqtisadi Forumu hər il təşkil edilir və buraya təxminən iki minə yaxın biznes elitasının, bir sıra ölkələrin siyasi liderləri təşrif buyurur. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol