• $
  • €
  • ₽
  • ₺
  • £

Nəfəs vasitəsilə xərçəng xəstəliyini müəyyənləşdirən qurğu yaradıldı

Nəfəs vasitəsilə xərçəng xəstəliyini müəyyənləşdirən qurğu yaradıldı
12.01.2016 12:08
Yaponiyalı alimlər tərəfindən hazırlanan yüksək həssaslı sensorun köməyi ilə nəfəs vasitəsilə xərçəng və digər ağır xəstəliklərin mövcudluğunu müəyyənləşdirmək mümkün olacaq. 

Yerli media yazır ki, Yaponiyanın bir neçə nəhəng şirkəti, həm də Milli Materialşünaslıq İnstitutu və Osaka Universiteti sözügedən layihədə iştirak edir.
 
Ehtimal edilir ki, yüksək həssaslı sensor xəstənin nəfəsində mövcud olan spesifik üzvi birləşmələri qeydə alacaq. Qurğunu asanlıqla smartfona qoşaraq analiz vermək mümkündür: əldə olunmuş informasiya ekranda göstəriləcək. Beləliklə, gələcəkdə hər kəs istənilən an ilkin diaqnostika edə və xəstəliyin əlamətləri müşahidə edildikdə dərhal tibb mütəxəssislərinə müraciət edə bilər.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən yazır ki, alimlər hələ ki qurğunun prototipini yaradıblar, lakin sözügedən cihazın təkmilləşdirilməsinə bir neçə il vaxt lazımdır.
 
Onkoloqların fikrincə, məhz ilkin diaqnostikası xəstəliyin uğurlu müalicəsində əsas amildir. Yeni yaradılan sensor bu problemi həll etməlidir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol