• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hökuməti: Neft 15-20 dollara qədər ucuzlaşa bilər

Rusiya hökuməti: Neft 15-20 dollara qədər ucuzlaşa bilər
13.01.2016 16:02
Rusiya cari dövlət büdcəsini optimallaşdırmasa, 1998-ci ildəki ağır böhranla üzləşə bilər.
 
"Report"un məlumatına görə, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bugünkü çıxışında qeyd edib.

O, bildirib ki, büdcənin günün reallıqlarına uyğun yenidən tənzimlənməsi zərurəti yaranıb. Büdcə islahatları həyata keçirilməsə, əhalinin çox ağır bir vəziyyətlə qarşılaşacağını açıqlayan nazir, hələ ki, dövlət qurumlarının xərclərinin 10% azaldılması barədə təkliflərini təcili olaraq gözlədiyini bildirib. Nazirin sözlərinə görə, təşkilatların büdcələrini təsdiq etməsinə baxmayaraq, özləri effektiv olmayan, əsas maddələr üzrə xərclərin kəsilməsi barədə qərar qəbul etməlidir.

Qeyd edək ki, maliyyə naziri çıxışında neft qiymətlərinin yaxın zamanda azalmağa davam edəcəyini vurğulayıb. A.Siluanov bildirib ki, neft bazarında hazırda şiddətli balanslaşdırma prosesi gedir və heç kim hasilatı azaltmaq istəmir: "Böyük ehtimalla, neft qiymətlərinin azalmasının davam edəcəyini görəcəyik".

A.Siluanov əhalinin neftin 40-50 dollar/barel diapazonuna uyğunlaşdığını, bundan sonra isə 20-30 dollar/barel reallığına adaptasiyasının vacibliyini qeyd edib. O, Rusiya büdcəsinin qiymətin 82 dollar/barel səviyyəsində tarazlaşdığını bildirib. Buna görə, büdcə siyasətinin daha bir çox maddə üzrə tənzimlənməsi zəruridir.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev isə bu gün neftin qiymətinin 15-20 dollar/barel səviyyəsinə enməsinin deyil, o diapazonda uzun müddət qalmasının ölkə iqtisadiyyatı üçün təhlükəli olduğunu bildirib. Nazir ən böyük risk kimi neft qiymətlərinin illərlə, hətta 10 illərlə aşağı səviyyədə qala biləcəyini qeyd edib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol