• $
  • €
  • ₽
  • ₺
  • £

2016-cı ilin 7 texnoloji trendi

2016-cı ilin 7 texnoloji trendi
14.01.2016 12:30
Yenicə qədəm qoyduğumuz ilin yanvar ayının ilk günlərində Las-Veqasda "Consumer Electronics Show" ("CES") beynəlxalq elektronika sərgisi keçirilib.

Hər il təşkil olunan sərgi  yeni texnologiyalar sahəsinin yeni trendlərini müəyyən edir. O baxımdan bu il də sərgidə təqdim olunan yenilikləri ilin trendləri hesab etmək olar.
 
Gələcəyin avtomobili




Məlumdur ki, sürücüsüz idarə olunan maşınlar avtomobil nəqliyyatının gələcəyidir. Elə sözügedən sərgidə də əvvəlki illərlə müqayisədə daha çox sürücüsüz avtomobillər nümayiş etdirilib. Bu isə o deməkdir, yaxın gələcəkdə özü idarə olunan maşınlardan istifadəyə başlanılacaq.
 
Virtual reallıq texnologiyalarının inkişafı


 


Cari ildə virtual reallıq texnologiyaları sahəsində böyük irəliləyiş gözlənilir. Son versiya "CES" sərgisində təqdim edilən "Oculus Rift" virtual reallıq eynəyinin təkmilləşdirilməsi üzrə aparılan işlər davam etdirilir. Qeyd edək ki, "Facebook" daxil olmaqla populyar xidmətlər artıq 360 dərəcə formatlı panorama videosunun göstərilməsini dəstəkləyir.
 
Pilotsuz uçan aparatlar





Bu sahədə maneələrə (ABŞ və Rusiyada pilotsuz uçan aparatların məcburi qeydiyyatı tətbiq olunub) baxmayaraq, 2016-cı ildə böyük irəliləyiş gözlənilir. Əvvəlki modellərlə müqayisədə yeni modellər daha sürətli və yaxşı manevr etmək qabiliyyətinə malikdir.
 
 
Yeni nəsil striminq video xidmətləri



 
Ən böyük  axınlı video tədarükçüləri olan "Netflix" və "YouTube" "CES 2016" sərgisinin əsas iştirakçıları olublar. Bu o deməkdir ki, cari ildə striminq video xidmətləri öz tamaşaçılarını yeniliklərlə sevindirməyə davam edəcək. Bu xidmətlər yeni tendensiyaları ("4K" formatı, 360 dərəcə formatında video və virtual reallıq) müəyyən edəcək. "Netflix" xidməti 1 yanvar 2016-cı il tarixindən etibarən dünyanın 130 ölkəsində işə salınıb. Yeri gəlmişkən qeyd edək ki, "Netflix" yanvarın 6-dan Azərbaycanda da xidmət göstərməyə başlayıb. Bu barədə şirkətin baş direktoru Reed Hastings məlumat verib.
 
"Ağıllı ev" texnologiyalarının inteqrasiyası




Ötən il "ağıllı" ev üçün texnologiyalar sahəsində ümidverici həllər yaradılsa  da, lakin bu məhsullar kütləviləşmədi. "Apple" və "Google" şirkətlərinin "ağıllı" ev üçün nəzərdə tutulmuş platformaları smart qurğuları vahid sistem üzrə birləşdirməyi planlaşdırılsa da, lakin bu, hələ qeyri-müəyyən müddətə təxirə salınıb. Bununla belə, cari ildə yeniliklər gözlənilir.

Fərdi mini nəqliyyat






Bir çoxları yəqin ki "Hoverboard" adlı cihazla tanışdır. Maqnit sahəsinin köməyi ilə asfalta toxunmadan uçan bu nəqliyyat növünün təhlükəsizliyi müzakirə mövzusu olsa da, "CES 2016" sərgisində bu sahədə bir çox yeniliklər nümayiş etdirilib.
 
Sağlamlığın qeydinə qalan cihazlar




"Ağıllı ev" texnologiyalarından fərqli olaraq, personal tibbi qurğular "qızıl dövrünü" yaşayır. Qabaqcıl sensorlar, çiplər və simsiz ölçü cihazları real vaxt rejimində müxtəlif fizioloji parametrlərə nəzarət etməyə imkan verirlər. Bu il "CES 2016" istehlak sərgisində belə qurğular da nümayiş etdirilib.//İctnews.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol