BMT baş katibi: "Bu il həlli uzanan münaqişələrə son qoyulmalıdır"

Pan Ge Mun: Nüvə tərksilahı məsələlərinə qayıdılmalıdır
"Beynəlxalq aləmdə fikir ayrılığı səbəbindən həlli uzanan münaqişələrə bu il son qoyulmalı, İŞİD və başqa terrorçu qruplaşmalar məğlub edilməli, habelə nüvə tərksilahı məsələlərinə qayıdılmalıdır".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Ge Mun qurumun Baş Assambleyasında çıxışı zamanı bildirib.
Baş katib vurğulayıb ki, İŞİD, "Boko Haram", "əş-Şabab", "əl-Qaidə" və bu kimi terrorçu qruplaşmaları məğlub etmək üçün məsələyə məhsuldar yanaşmaq vacibdir.
www.ann.az
























