• $
  • €
  • ₽
  • ₺
  • £

Burkina-Fasoda girov götürülən 33 nəfər azad edildi - YENİLƏNİB

Burkina-Fasoda girov götürülən 33 nəfər azad edildi - YENİLƏNİB
16.01.2016 09:25
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" hotelində silahlıların girov götürdüyü 33 nəfər polisin keçirdiyi əməliyyat nəticəsində azad edilib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin rabitə naziri bildirib.
 
İlkin məlumata görə, hücum nəticəsində 20 nəfər ölüb, 15 nəfər yaralanıb.
 
Hücuma görə məsuliyyəti "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.
 
***
 
04:50
 
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində silahlıların hotelə hücumu nəticəsində 20 nəfər ölüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə paytaxt xəstəxanasının baş həkimi Rober Sanqare bildirib.
 
"Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur, lakin şahidlər azı 20 nəfərin öldüyünü bildirirlər. Xəstəxanamıza indiyədək 15-dən çox yaralı daxil olub”, deyə R.Sanqare qeyd edib.
 
Burkina-Fasonun xarici işlər naziri Alfa Barri insident zamanı ölənlərin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin və girov götürülənlərin vətəndaşlığı hələ müəyyən edilməyib.
 
Yanvarın 15-də naməlum silahlılar Burkina- Fasonun paytaxtındakı "Splendid” hotelinə hücum edib.
 
Hücuma görə məsuliyyəti "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol