Əfqanıstan hakimiyyəti "Taliban"ın bütün komandirlərini danışığa çağırdı

Səlahəddin Rəbbaninin sözlərinə görə, danışıqlardan imtina etməklə Taliban xalqdan bir az da uzaqlaşacaq
""Taliban" hərəkatının istisnasız olaraq, bütün döyüş komandirlərini mərkəzi hakimiyyətin sülh çağırışına dəstək verərək, danışıqlar masasına oturmağa dəvət edirəm".
"Report" "Pajwok" agentliyinə istinadən xəbər verir ki, bu çağırışı Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani edib.
Onun sözlərinə görə, danışıqlardan imtina etməklə "Taliban" xalqdan bir az da uzaqlaşacaq.
Qeyd edək ki, yanvarın 18-də Əfqanıstan, Pakistan, ABŞ və Çinin rəsmi təmsilçiləri "Taliban"la danışıqların bərpası üzrə "yol xəritəsini" müzakirə ediblər.
www.ann.az
























