• $
  • €
  • ₽
  • ₺
  • £

İranın 500 milyard dollara ehtiyacı var

İranın 500 milyard dollara ehtiyacı var
19.01.2016 11:44
Beynəlxalq sanksiyalar ləğv edildikdən sonra İran 55 milyard məbləğində olan daha öncə dondurulmuş vəsaitinə çıxış əldə edəcək, ölkənin neft infrastrukturunu bərpa etmək üçün ehtiyacı olan vəsait isə qat-qat artıqdır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN teleşirkətinə verdiyi müsahibəsində ABŞ dövlət katibi Con Kerri bildirib.

"Mən reportajlarda 100-150 milyard dollar deyildiyini eşitmişəm. Bu, belə deyil. Söhbət 55 milyard dollara yaxın müəyyən müddət ərzində çıxışın əldə edilməsindən gedir”– o, deyib.

Eyni zamanda onun dəyərləndirmələrinə görə, İrana neft hasilatı infrastrukturunu bərpa etmək üçün 500 milyard dollar lazımdır.

Suriya münaqişəsinin tənzimlənməsinin perspektivlərindən danışarkən, ABŞ dövlət katibi qeyd edib ki, bu yaxınlarda Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin kəskinləşməsi Suriya üzrə danışıqlara təsir etməyəcək.

"İranlılar danışıqlar masası arxasına oturmağa razılaşdılar. Onlar bu danışıqlar masası arxasında Səudiyyə Ərəbistanı və digər ölkələr ilə oturacaqlar, halbuki bunu bir neçə ay ərzində təsəvvür etmək mümkün deyildi.

Səudiyyəlilər də, iranlılar da onların arasında olan fikir ayrılığının Suriya probleminin həllinə cəhdlərə təsir etməyəcəyi ilə razılaşıblar”- o, davam edib.

ABŞ dövlət katibi bildirib ki, Suriyada vəziyyətin tənzimlənməsi üçün İran artıq plan irəli sürüb.

"Bu plan atəşkəsi, yeni konstitusiyanın hazırlanması üzrə danışıqları, vahid milli hökumətin yaradılmasını və seçkilərin keçirilməsini nəzərdə tuturdu.

Bu təkliflər Cenevrədə danışıqlarda iştirak edənlərin nail olmağa çalışdıqlarına yaxındır. Bütün bunları diqqətlə nəzərdən keçirmək lazımdır”- o, qeyd edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol