• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan 100 min lirə istədi

Ərdoğan 100 min lirə istədi
20.01.2016 21:46
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu ikinci dəfə məhkəməyə verib.
 

ANS PRESS-in məlumatına görə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kılıçdaroğlunun ötən gün Türkiyə Böyük Millət Məclisi Toplantısında dediyi sözlər və "Twitter" səhifəsində paylaşdıqları ilə bağlı 100 min lirə mənəvi təzminat ödəməsini tələb edib.
 
Yanvarın 18-də Ankara Prokurorluğunda Kamal Kılıçdaroğlunun barəsində Ərdoğana dediyi sözlərə görə cinayət işi başlanıb. Ankara Respublika Baş Prokurorluğu CHP sədrini prezidenti təhqir etməkdə ittiham edir.
 
Müxalifət lideri Ankarada keçirilən CHP-nin 35-ci qurultayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib, onu diktator adlandırıb: "Bu qara ləkə sənin alnındadır və heç silinməyəcək. Mənim sərvətim ancaq bir üzükdən ibarətdir. Dünyanın ən varlı liderlərindən birisən", - deyə o qeyd edib.
 
Türkiyə konstitusiyasında "Prezidentə təhqir” maddəsinin 299-cu bəndinə görə, prezidenti təhqir edən şəxsi bir ildən dörd ilə qədər həbs cəzası gözləyir. Odur ki, Kamal Kılıçdaroğlu 4 ilə qədər həbs oluna bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol