• $
  • €
  • ₽
  • ₺
  • £

Təbrizdə ölən azərbaycanlı körpənin meyiti valideynlərinə verilmir

Təbrizdə ölən azərbaycanlı körpənin meyiti valideynlərinə verilmir
21.01.2016 18:36
"Qardaşım oğlu Dadaşzadə Qorqud Rövşən oğlu dünən günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində "Kudakan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Hazırda həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini bizə verməkdən imtina edirlər”.

Bunu APA-ya açıqlamasında mərhumun əmisi Şəhriyar Dadaşov deyib.

Onun sözlərinə görə, iranlı həkimlər qardaşı oğlunun başqa diaqnozla öldüyünü deyiblər: "Bir həftə bundan əvvəl uşaq İranda sağalmışdı. Qaraciyər və dalağındakı şiş çəkilmişdi. Sonra dedilər ki, uşağa infeksiya düşüb. Həkimlər özləri deyir ki, uşaq gətirilən diaqnozla ölməyib. Xəstəxanada uşağın ağciyərinə infeksiya düşüb. Bundan başqa, 2-3 gün ərzində xəstəxanadakı bir neçə uşaq da həmin xəstəlikdən ölüb”.

Ş. Dadaşov qeyd edib ki, həkimlər əvvəlcədən uşağın müalicə xərci ilə bağlı onlara dəqiq bir söz deməyib: "Uşaq hələ sağ olanda dedilər ki, müalicə bitsin, biz sizə xərcin həcmini deyəcəyik. Uşaq öləndən sonra dedilər ki, sizin xəstəxanaya 15 min 500 manat borcunuz var. İranda hansısa xeyriyyə cəmiyyəti bu məbləğin böyük hissəsini ödəyib. Bəs sizin 3200 manat borcunuz var. Borcu ödəyəcəyiniz təqdirdə uşağın meyitini verə bilərik”.

Qeyd edək ki, Dadaşzadə Qorqud Rövşən oğlu ötən il aprelin 24-də Cəlilabad rayonunda anadan olub.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol