• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellekt yaradıcısı vəfat etdi

Süni intellekt yaradıcısı vəfat etdi
26.01.2016 20:53
Massaçusets Texnoloji İnstitutunun fəxri professoru, süni intellekt sahəsində ilk tədqiqatçı Marvin Minski 88 yaşında vəfat edib.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "osp.ru" resursuna istinadən yazır ki, M.Minski bir neçə nüfuzlu mükafata, o cümlədən 1969-cu ildə kompüter elmləri sahəsində Tyurinq mükafatına layiq görülüb. Onun 2006-cı ildə buraxılan son "Emosional kompüter" kitabı hiss edə və fikirləşə bilən kompüterlərə həsr edilib.
 
Harvard Universitetini bitirən ABŞ alimi İkinci Dünya müharibəsi illərində Hərbi Dəniz Donanmasında xidmət edib və 1954-cü ildə ilk "SNARC" neyroşəbəkəsini yaratdığı Priston Universitetində riyaziyyat üzrə namizədlik dərəcəsi alıb.
 
Sonra M.Minski Massaçusets Texnoloji İnstitutunda dərs deməyə başlayıb və 1958-ci ildə süni intellekt laboratoriyasının təsis edilməsində iştirak edib. O, laboratoriyada kompüterlərdə insanların qavrama və idrak qabiliyyətlərinin yaradılması ilə məşğul olub.1985-ci ildə daşınan qurğular, toxunuş interfeysləri, affekt hesablamalar sahəsində tədqiqatlar aparan "MIT Media Lab" laboratoriyasının həmtəsisçisi kimi çıxış edən alim yaxın vaxtlaradək institutda müəllimlik fəaliyyətini davam etdirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol