Ana südü 800 min uşağı ölümdən qurtarar

«Əgər hər bir ana uşağını südlə əmizdirsəydi, bu, ildə 800 min uşağın həyatını xilas edərdi. Ancaq hökumətlər südlə əmizdirməni yetərincə təbliğ etmir, dəstəkləmirlər». Bunu «Lancet» sağlamlıq təşkilatının yeni yaydığı tədqiqat üzə çıxarıb. «The Guardian» qəzeti həmin araşdırmaya istinadla yazır ki, süd əmən uşaqların IQ əmsalı yüksək olur, onlarda ölüm və infeksiyaya yoluxma halları azalır. Bu müqayisə daha qısa müddətə süd əmən uşaqlarla aparılıb. Ana südüylə böyümə gələcəkdə diabet xəstəliyinin, artıq çəkililiyi də əngəlləyir.
Ancaq bütün bu üstünlüklərinə baxmayaraq, altı aylıq və daha kiçik körpələrin yalnız 37 faizi ana südü əmir. Bu göstərici aşağı və orta gəlirli ölkələrə xasdır. Belə ki, həmin ölkələrdə qadınlar lazımi dəstək ala bilmədiklərindən ya işə, ya təhsilə davam edirlər.
Ümumdünya Səhiyyə Təşkilatından Dr. Nigel Rollins deyir ki, əmizdirmə problemi təkcə qadının məsuliyyəti deyil: «Onun südvermə qabiliyyəti ətrafdakıların dəstəyi ilə formalaşır. Qadınları siyasət və proqramlarla dəstəkləmək hökumətlərin, cəmiyyətin işidir».
Yeni doğulanların 80%-i ana südü əmir, ancaq körpə böyüdükcə, bu göstərici düşür. Ancaq bir şey də var ki, yüksəkgəlirli ölkələrə baxanda, yoxsul ölkələrdə qadınlar daha çox döşlə əmizdirməyə üstünlük verir. Gəlir artdıqca, əvəzləyici südü seçirlər. /Azadliq.org
www.ann.az
























