Vahid Ələkbərov İranla razılığa gəldi

"LUKoyl" neft şirkətinin rəhbəri Vahid Ələkbərov ötən həftə İranda səfərdə olub və şirkətin bu ölkədə bir neçə hasilat layihələrində iştirakı barədə razılığa gəlib.
"Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, İran və "LUKoyl" arasında yeni qaz yataqlarının axtarışlarına 6 milyon dollar yatırım etmək haqqında razılıq əldə edilib. Lakin bu məbləğ haqqında səslənən fikirlər, hələ ki, şirkətin rəhbərliyi tərəfindən öz təsdiqini tapmayıb.
Bu barədə jurnalistlərə məlumat verən, Rusiya Federasiyası energetika nazirinin müavini Anatoli Yanovski "LUKoyl"un İran ilə neft satışı, eləcə də mübadilə əməliyyatlarının müzakirə edildiyini də istisna etməyib:
www.ann.az
























