Gürcüstanın müdafiə naziri: "Türkiyə bizim strateji müttəfiqimizdir"

Tinatin Xidaşeli Yerevanda keçirdiyi brifinqdə alyans çərçivəsində və başqa məsələlərdə əməkdaşlığına görə Türkiyəyə təşəkkürünü bildirib
"Gürcüstanın Türkiyə ilə strateji əlaqələri mövcuddur".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Yerevanda keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi Gürcüstan üçün vacibdir.
T.Xidaşeli alyans çərçivəsində və başqa məsələlərdə əməkdaşlığına görə Türkiyəyə təşəkkürünü bildirib.
www.ann.az
























