• $
  • €
  • ₽
  • ₺
  • £

Ben Ladenin 11 sentyabr hadisələrinin necə planlaşdırdığı açıqlanıb

Ben Ladenin 11 sentyabr hadisələrinin necə planlaşdırdığı açıqlanıb
03.02.2016 23:59
"Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Usama ben Laden 11 sentyabr 2001-ci il hücumunu iki əvvəl EgyptAir təyyarəsinin qəzaya uğramasından sonra planlaşdırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə The Independent nəşri terror təşkilatının jurnalında yerləşdirilən məqaləyə istinadən yazır.

Nəşr iddia edir ki, 1999-cu ilin oktyabrında Los-Anceles-Qahirə reysi ilə uçan EgyptAir şirkətinin təyyarəsinin Atlantik dənzidə qəzaya uğrayıb. Baş verənlərə görə məsuliyyət 59 

yaşlı misirli pilot Qamil əl-Batutinin üzərinə qoyulub. 

Müəyyən edilib ki, o, "Hər şey Allahın əlindədir!” sözlərini təkrarlayaraq, təyyarəni qəsdən qəzaya uğradıb. Aviaqəza zamanı, əsasən amerikalılar olmaqla, 217 nəfər ölüb.

Jurnal qeyd edir ki, ben Laden bu xəbəri eşidəndə sual verdi: "Niyə, o bu təyyarəni hər hansı bir binaya vurmadı?”. Və məhz həmin zaman terrorçu 11 sentyabr hücumunu 

planlaşdırıb.

Xatırladaq ki, 11 sentyabr  2001-ci ildə "Əl-Qaidə” terror təşkilatı tərəfindən ABŞ-da törədilən terror aktları zamanı 3000-dən çox insan həyatını itirib. 

Usama ben Laden 2011-ci ilin mayın 2-də ABŞ xüsusi təyinatlılarının Pakistanın Abbottabad şəhərində gizli keçirdiyi əməliyyat zamanı öldürülüb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol