• $
  • €
  • ₽
  • ₺
  • £

Şengen məkanının ləğvi Avropaya 110 milyard avro zərər vura bilər

Şengen məkanının ləğvi Avropaya 110 milyard avro zərər vura bilər
04.02.2016 19:25
Şengen sisteminin ləğv edilməsi uzaq perspektivdə Avropa ölkələrinə böyük maddi zərbə olardı

Avropaya davam etməkdə olan qaçqın axını Avropa İttifaqını xarici sərhədlərin nəzarətini gücləndirməyə vadar etməklə yanaşı, bir sıra ölkələri daxili sərhədləri bağlamaq məcburiyyəti qarşısında da qoyub.

Şengen məkanına daxil olan Almaniya, Fransa, Avstriya, Danimarka, İsveç və Norveç artıq müvəqqəti olaraq Şengen sazişini dayandırıblar və ölkə sərhədlərində nəzarət rejimi tətbiq etməyə başlayıblar. Avstriya mətbuatında yer alan məqalələrdə qeyd edilir ki, sərhədlərin uzunmüddətli bağlı qalması və yaxud - radikal-sağçı meyilli qüvvələrin tələb etdiyi kimi – Şengen sisteminin ləğv edilməsi uzaq perspektivdə Avropa ölkələrinə böyük maddi zərbə olardı.

"Report"un Avropanın tanınmış beyin mərkəzlərindən olan "France Stratégie” qurumunun araşdırmalarına istinadən verilən məlumata görə, Avropa İttifaqı ərazisində daxili sərhəd nəzarətinin daimi əsaslarla bərpa olunması, yəni Şengen məkanının ləğv edilməsi Şengen sazişinə qoşulmuş dövlətlərə uzunmüddətli perspektivdə 110 milyard avro zərər vura bilər. Bu isə Şengen məkanına daxil olan ölkələrin birgə ümumdaxili məhsulunun 0,8 faizinə bərabərdir.
Yaxın Şərq və Şimali Afrikadan Avropaya qaçqın axının yaratdığı problemlər vahid Avropa məfkurəsinin özəyini təşkil edən Şengen sisteminin mövcudluğunu təhlükə altına salır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol