NATO baş katibi: “Rusiyanın Suriyada atdığı addımlar sülh prosesinə zərbədir”

"Rusiyanın Suriyada atdığı addımlar beynəlxalq aləmin münaqişənin siyasi həllinə yönəlmiş səylərinə zərbə vurur”.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Amsterdamda Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
"Moskvanın addımları Suriyadakı münaqişənin siyasi yolla həllinə yönəlmiş səylərə zərbə vurur”, - deyə o vurğulayıb.
www.ann.az
























