Qızıl mədənində uçqun, 100-dən çox insan itkin düşüb

Hadisə yataqda emal prosesi zaman baş verib
Cənubi Afrika Respublikasında (CAR) mədəndə baş verən qəza nəticəsində yüzdən çox insan itkin düşüb.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, hadisə yataqda emal prosesi zaman baş verib və mədən uçub.
Xəbərdə bildirilib ki, uçqun ölkənin Mpumalanqa əyalətindəki mədəndə olub.
www.ann.az
























