Türkiyə sərhədində 35 minlik "ordu"

Suriyadan Türkiyəyə keçməyə çalışan qaçqınların sayı gözləniləndən iki dəfə daha artıqdır.
ANS PRESS-in məlumatına görə, hazırda Kilis rayonunun sərhəd buraxılış məntəqəsi qarşısında 35 minə yaxın suriyalı qaçqın var. Rəsmilər qaçqın sayının artacağını da istisna etmirlər.
Türkiyə hökuməti qaçqınlara kömək etməyə hazır olduqlarını bildiriblər. Lakin sərhədlər hələ ki, qapalı olaraq qalır.
Qaçqınlar hökumət qüvvələrinin Hələbin şimal rayonlarına hücumları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıblar. Suriya hökuməti Rusiya hərbi hava qüvvələrinin də dəstəyi ilə Hələbdə üsyançıların zəbt etdiyi bir neçə bölgədə nəzarəti bərpa etdiyini bildirir.
Əməliyyatlar zamanı hər iki tərəfdən 120-ə yaxın insan öldürülüb.
Suriyanın xarici işlər naziri Valid Müəllim bildirib ki, ölkəyə xaricdən müdaxilə edən istənilən şəxs evinə tabutda geri göndəriləcək.
Nazir Səudiyyə Ərəbistanın Suriyaya müdaxilə edə biləcəyinə dair bəyanatından sonra belə bir açıqlama verib.
www.ann.az