• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Rusiyaya: “Suriyada nə işin var?”

Ərdoğan Rusiyaya: “Suriyada nə işin var?”
08.02.2016 13:18
"Əgər qapımıza sığınıblarsa, başqa çarələri də yoxdursa, yenə Türkiyə qardaşlarımızı sərhəddən içəri buraxacaq”.

Modern.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu fevralın 7-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hələbdən qaçıb Türkiyə sərhədinə sığınan suriyalı qaçqınlarla bağlı deyib.

Ərdoğan Hələbdən 70 min adamın ev-eşiyini tərk edəcəyini, Türkiyənin buna göz yuma bilməyəcəyini bildirib: "Hələbin bir hissəsində rejim qüvvələri yolu kəsib, cənubdan şimala keçmək artıq mümkün deyil”.

Ərdoğan Türkiyənin də təhdid altında olduğunu bildirib: "Türkiyənin 911 kilometrlik sərhədi təhlükə altındadır. Əlbəttə, tədbir görəcəyik. Özümüzü müdafiə etmək üçün həmişə hazırlılı olmaq məcburiyyətindəyik. Həm də orda bizim soydaşlarımız da var”.

Ərdoğan Rusiyanın ünvanına bu sözləri də deyib: "Sənin Suriyada nə işin var? Demək ki, işğalçısan, dinc sakinləri öldürürsən”.

Türkiyə baş nazrinin müavini Numan Kurtulmuş isə Hələbdən Türkiyəyə 1 milyona yaxın qaçqının gələ biləcəyini bildirib.

Suriya ordusu Rusiya hərbi təyyarələrinin yardımı ilə fevralın 1-dən Hələbin şimalına hücuma keçib. Bundan sonra onlarla dinc sakin bomabrdman qurbanı olub, yüz minlərlə insan ev-eşiyindən didərgin düşüb. Türkiyə sərhədinə 30 mindən çox suriyalının sığındığı bildirilir. Onların arasında türkmənlər də var.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol