• $
  • €
  • ₽
  • ₺
  • £

Şimali Koreyaya yeni sanksiyalar qoyulacaq

Şimali Koreyaya yeni sanksiyalar qoyulacaq
08.02.2016 13:46
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın uzaqmənzilli raket atmasını kəskin şəkildə pisləyib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın uzaqmənzilli raket atmasını kəskin şəkildə pisləyib.

Təhlükəslzik Şurası təcili yığıncağında elan edib ki, tezliklə Pxenyan üzərinə yeni sanksiyalar qoyulacaq.

Şimali Koreya isə israr edir ki, o uzaqmənzilli raket atmayıb və əslində guya orbitə kommunikasiya peyki çıxarıb.

Bazar günü bu raketin atılmasından əvvəl Şimali Koreya dördüncü nüvə sınağını həyata keçirmişdi.

Beləliklə, Pxenyan hər iki hərəkətilə BMT qətnaməsini pozub.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power bəyan edib ki, Vaşinqton Şimali Koreya üzərinə çox sərt sanksiyaların qoyulmasına çalışacaq.

Yaponiya səfiri Motohide Yoshikawa da bu dəfəki sanksiyaların son dərəcə sərt olacağına ümid etdiyini bildirib.

"Mövcud sanksiyalar Şimali Koreyanı nüvə silahı hazırlamaqdan məhrum edə bilməyib” – deyibn səfir.

Təhlilçilər bildirirlər ki, Pxenyan üzərinə daha sərt sanksiyaların qoyulması o qədər də asan olmayacaq.

Şimali Koreyanın yeganə müttəfiqi Çin raketlə əlaqədar verilmiş sərt bəyanata şərik olsa da, çətin, sərt sanksiyalara qoşulsun.

Çin bu sanksiyalar nəticəsində indiki rejimin çökəcəyindən və Çin üçün miqrant probleminin yaranacağından ehtiyat edir.

Şimali Koreya israr edir ki, Pxenyanın orbitə peyk çıxarması barədə bəyanatları həqiqətə uyğun deyil, çünki iddia edilən peykdən heç bir siqnal alınmayıb.

Seul bildirir ki, sözü gedən raketin qaldırıcılıq gücü əvvəlki raketlərdən çox olsa, raketin özü orbitə peyk çıxaracaq qədər ağır olmayıb. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol