"Türkiyə ilə readmissiya haqqında saziş iyunda qüvvəyə minə bilər"

Avropa İttifaqı ilə Türkiyə arasında readmissiya haqqında saziş artıq 2016-cı ilin iyun ayında, əvvəlcədən müəyyən edilmiş vaxtdan daha tez qüvvəyə minə bilər.
"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva məlumat verib.
"Readmissiya haqqında saziş 2014-ci ilin oktyabr ayında qüvvəyə minməli idi. Amma bu razılaşma vizaların liberallaşdırılması prosesi ilə paralel olaraq 2016-cı ilin iyununa çəkilib", - deyə M.Andreyeva Brüsseldə jurnalistlərə bildirib.
M.Andreyeva eyni zamanda readmissiya üzrə sazişin qüvvəyə minməsi və viza rejiminin liberallaşdırılması prosesinin iki müxtəlif danışıq prosesi olduğunu da vurğulayıb.
www.ann.az