• $
  • €
  • ₽
  • ₺
  • £

Rus diplomatdan türklərə mesaj - Ankara 11 milyard dollar itirəcək

Rus diplomatdan türklərə mesaj - Ankara 11 milyard dollar itirəcək
28.05.2020 17:53
Rusiyanın Türkiyədəki səfiri Andrey Karpov 2016-cı ilin yanvar ayında türk mallarının Rusiyaya ixracının ötən ilin anaoloji dövrü ilə müqayisədə 3 dəfə azaldığını deyib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, səfir bu barədə jurnalistlərə geniş açıqlama verib.

"Yanvarda türk mallarının Rusiyaya ixracı 3 dəfə azalıb, amma hələ dəyəri ildə 15 milyarda çatan "görünməyən ixrac” – tikinti, turizm, yük daşınması da var. Bu göstəricilər də azalacaq. Türkiyə milyonlarla rus turistini itirəcək. Ötən ilin yanvarı ilə müqayisədə Antalyaya gələn rus turistlərinin sayı da 5,3 dəfə azalıb”.

Andrey Karpov Ankaranın Moskva ilə eskalasiyaya getməsinə görə 11 milyard dollar itkiyə uğrayacağını proqnozlaşdırıb.

Karpov ölkəsinin "Türk axını” layihədən imtina etmədiyini də deyib.

"Rusiya "Türk axını”dan imtina etmir. Amma top Türkiyənin meydanındadır. İndiki şəraitdə layihənin taleyi barədə proqnoz vermək çətin olsa da, ümid edirik ki, türkiyəli tərəfdaşlarımız ağıllanacaqlar və dövlətlərarası münasibətləri nizamlamaq üçün lazımi addımları atacaqlar”.

Diplomatın fikrincə, Rusiya-Türkiyə gərginliyindən ən çox Antalya və ona qonşu bölgələr əziyyət çəkəcək.

"Bizim münasibətlərimizdən ən çox Antalya və qonşu bölgələr zərər görəcək. Bir tərəfdən bura turizm bölgəsi, digər tərəfdən isə Rusiyaya ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ərazi kimi tanınırdı. Ötən il Ankaradan 1 milyard dollar dəyərində məhsul almışdıq. İndi türk malları sanksiya altındadır”.

Səfir Türkiyənin Rusiya təyyarəsini vurmasına görə üzr istəməsini, təyyarəni vuran pilotların cəzalandırılmasını və müvafiq kompensasiyanın ödənilməsini münasibətlərin normallaşması üçün əsas şərtlər olduğunu deyib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol