• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər qravitasiya dalğalarını kəşf ediblər

Alimlər qravitasiya dalğalarını kəşf ediblər
12.02.2016 18:59
ABŞ Milli Elm Fondu elan edib ki, amerikalı alimlər təqribən 100 il bundan əvvəl Albert Eynşteynin nisbilik nəzəriyyəsi tərəfindən proqnozlaşdırılmış qravitasiya dalğalarının mövcudluğunu təsdiq ediblər.
  
Qravitasiya dalğaları Lazer İnterferometr Qravitasiya Dalğaları Rəsədxanası – "LIGO” ("Laser Interferometer Gravitational Wave Observatory”) tərəfindən qeydə alınıb. "Alimlər ilk dəfə qravitasiya adlandırılan zaman-məkan toxumasında kiçik titrəyişlər müşahidə ediblər” – press-relizdə deyilir.

Kiçik titrəyişlərlə müşahidə edilən qravitasiya dalğaları Yer kürəsindən 1,3 milyard işıq ili məsafədə yerləşən və Günəşdən 30 dəfə böyük olan iki "qara dəliyin” toqquşması nəticəsində qeydə alınıb.
"LIGO” layihəsinin iştirakçılarından biri olan Qabriela Qonsales bildirib ki, qravitasiya dalğalarının hətta səsi eşidilib.

Qravitasiya dalğalarının mövcudluğu haqda Albert Eynşteyn iddia etsə də, lakin onu aşkar etmək üçün keçirilmiş bütün eksperimentlər uğursuzluqla nəticələnmişdi. Belə ki, ən güclü qravitasiya dalğaları belə yalnız kiçik titrəyişlərə səbəb olur.

Qravitasiya dalğalarının kəşfi növbəti dəfə nisbilik nəzəriyyəsinin mövcudluğunu təsdiq edir, həmçinin kvant qravitasiya nəzəriyyəsinin yaradılması istiqamətində işlər aparmağa imkan yaradır. Eyni zamanda alimlər iddia edir ki, bu kəşfin tam mənasını bəşəriyyət hələ bir müddət sonra anlayacaq. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol