• $
  • €
  • ₽
  • ₺
  • £

“Twitter”də ciddi itki

“Twitter”də ciddi itki
12.02.2016 22:34
Sosial şəbəkədən imtina edənlərin sayı 2 milyona çatıb.

"Twitter” sürətlə istifadəçi itirməkdə davam edir. ANS PRESS-in məlumatına görə, şirkətin etdiyi bütün yeniliklərə baxmayaraq, sosial şəbəkədən imtina edənlərin sayı 2 milyona çatıb.

Şirkətin son hesabatına görə, 2015-ci ilin 3-cü və 4-cü rübləri arasında sosial şəbəkənin istifadəçilərinin sayı stabil olaraq, 320 milyon nəfər təşkil edib. 

Bu rəqəmdən "tweet”ləri yalnız özlərinə gələn mesajlar vasitəsi ilə görən istifadəçiləri də çıxsaq, aylıq aktiv istifadəçi sayı 3-cü rübdə 307 milyon nəfərə, 4-cü rübdə isə 305 milyon nəfərə enib. Şirkət istifadəçi sayını artırmaq yönündə tədbirlər planı həyata keçirməyi planlaşdırır. Hazırda şirkətin nə kimi planının olduğu isə açıqlanmır.

Ötən günlərdə "alqortimik xəbər axını” adı verilən yeniliyi sınaqdan keçirən şirkət effektli bir nəticə əldə edə bilməyib.


Cek Dorsi - "Twitter”in yaradıcısı

"Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. Qısa müddətdə sürətlə məşhurlaşan "Twitterin” 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və 1,6 milyard axtarışı olub. Təqdim edildiyi dövrdən "Twitter” dünyada ən çox ziyarət edilən on saytdan biri olub və "İnternetin SMS-i” kimi tanınıb. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də göndərilmiş "tweet”ləri oxuya bilirlər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol