• $
  • €
  • ₽
  • ₺
  • £

Suriya münaqişəsi: Hava zərbələri iki xəstəxananı "məhv edib"

Suriya münaqişəsi: Hava zərbələri iki xəstəxananı "məhv edib"
15.02.2016 22:41
Suriyada iki xəstəxana hava zəbələri nəticəsində vurulub, həlak olan və yaralananlar var, həkimlər və şahidlər bildirir.

Məlumata görə, Əzəz şəhərində raketlər xəstəxana binasındakı bir neçə nəfər də daxil olmaqla azı 10 nəfərin ölümünə səbəb olub.

Suriyanın şimal-qərbində Maarat əl-Numan şəhərində yerləşən Sərhədsiz Həkimlər təşkilatı tərəfindən dəstəklənən xəstəxana, heyətin səkkiz üzvünün itkin düşdüyü bildirir.

Tibbi xeyriyyə təşkilatına hücuma görə kimin məsuliyyət daşıdığı bildirilməyib.

Bir monitorinq qrupunun yaydığı məlumata görə, Rusiya təyyarələri şəhəri hədəf alıb.
Davutoğlunun ittihamı

Hava zərbəsi Rusiya və digər dünya dövlətlərinin Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılığa gəlməsindən bir neçə gün sonra baş verib.

Suriyada 5 illik vətəndaş müharibəsi zamanı 250 mindən çox insan həyatını itirib, 11 milyondan çox vətəndaş didərgin düşüb.

Türkiyə baş naziri Ahmet Davutoğlu bildirib ki, Rusiya ballistik raketləri Əzəzdə binaları vurub.

Rusiya ötən ilin sentyabrından bəri prezident Bəşər Əsədi dəstəkləmək məqsədilə Suriyada hava zərbələri həyata keçirir.

Sərhədsiz Həkimlər təşkilatı bildirib ki, üsyançıların nəzarətində olan Maarat əl-Numan şəhərindəki xəstəxanaya bazar ertəsi səhər saatlarında bir neçə dəqiqə ərzində 4 raket zərbəsi endirilib.

Sərhədsiz Həkimlərin Suriyadakı missiyasının rəhbəri Massimiliano Rebaudengo deyib ki, bu səhiyyə strukturuna qəsdən hücumdur və təşkilat bu hücumu qətiyyyətlə pisləyir.

Fevralın 5-də cənub əyaləti Dərada təşkilatın dəstəklədiyi digər xəstəxana hava zərbələrinə məruz qalıb və 6 nəfərin həlak olmasına səbəb olub.

Sərhədsiz Həkimlər təşkilatı Suriyada 150 səhiyyə müəssisəsini dəstəkləyir. Bu ilin əvvəlindən bəri 14-ə yaxın xəstəxana hava zərbələrindən ziyan görüb. //bbc.com/azeri
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol