• $
  • €
  • ₽
  • ₺
  • £

“Hazırda İran tibb sahəsində heç də Amerika və Avropadan geri qalmır”

“Hazırda İran tibb sahəsində heç də Amerika və Avropadan geri qalmır”
16.02.2016 23:30
"Azərbaycandan İrana tibbi xidmət almaq məqsədilə çoxlu sayda insan gəlir. Onlara göstərilən xidmətin səviyyəsi daha da yaxşılaşarsa bu, iki ölkə arasında əlaqələrin inkişafına zəmin yaradar”.

Bunu APA-ya açıqlamasında İranın sabiq elm və ali təhsil naziri Mustafa Muin deyib. O bildirib ki, tibb sahəsində əməkdaşlığın inkişafı hər iki ölkənin faydasınadır: "İranda tibbi xidmətlərin qiyməti digər ölkələrlə müqayisədə aşağıdır və bu, Azərbaycan xalqını məmnun edə bilər”.
 
M. Muin Azərbaycan və İran çoxlu müştərək tarixi, dini və mədəni bağlılıqların olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan vətəndaşlarının İrana üz tutmasının səbəblərindən biri də bu yaxınlıqdır: "Azərbaycanlı əzizlərimiz bilirlər ki, onların müalicə prosesi əksər hallarda uğurlu olacaq. Düşünürəm ki, Azərbaycandan İrana müalicə üçün müraciət edən insanlarla ünsiyyətdə olan həkim və tibb personalının Azərbaycan dilini bilməsini təmin etməliyik ki, bu xidmətlər daha yaxşı səviyyədə təşkil olunsun. Hazırda tibb sahəsində İran heç də Amerika və Avropa ölkələrindən geri qalmır və önəmli məsələ budur ki, həmsərhəd olduğumuz üçün iki ölkə vətəndaşları arasında gediş-gəliş çox rahatdır”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol