• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İrana qarşı irimiqyaslı kiberhücum planlaşdırdı

ABŞ İrana qarşı irimiqyaslı kiberhücum planlaşdırdı
17.02.2016 10:59
ABŞ Tehranın nüvə proqramına dair diplomatik cəhdlərin işə yaramadığı halda, İrana qarşı həyata keçirəcəyi irimiqyaslı kiberhücum planlaşdırmışdı.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "The New York Times” qəzeti məlumat yayıb.

ABŞ-ın kəşfiyyat icmasındakı mənbələrə istinad edən nəşrin məlumatına görə, Vaşinqtonun "Nitro Zeus” adlı planı "İranın hava əleyhinə müdafiə sistemlərinə cavabdeh olan kompüterlər də daxil olmaqla elektron şəbəkələrinə”, eləcə də kommunikasiya sistemləri və ölkənin elektrik təchizatı sistemlərinə hücumu nəzərdə tuturdu.

"Nitro Zeus” planı Pentaqon tərəfindən Barak Obamanın prezidentliyinin ilkin dövründə yaradılıb. Bu plan İranın ABŞ-a və ya onun müttəfiqlərinə qarşı düşmənçilik fəaliyyətinə başlasaydı həyata keçiriləcəkdi.

Məlumata görə, haker hücumunun hazırlanmasında minlərlər kəşfiyyatçı və hərbçinin cəlb edilməsi nəzərdə tutulurdu. Bu plan üçün hətta on milyonlarla dollar sərf etmək, o cümlədən də İran kompüter şəbəkələrində casus elektron cihazlarının quraşdırılması planlaşdırılmışdı.

ABŞ kəşfiyyatı Fordda yerləşən uranın zənginləşdirilməsi zavodunun elektron sisteminə də kiberhücum hazırlayırdı, qəzet məlumat yayıb.

"Bu hücum məxfi əməliyyat olacaqdı, bu əməliyyatın başlanması əmrini, hətta ölkələr müharibə vəziyyətində olmasa da verə bilərdi”, - qəzetdə qeyd edilir.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol