• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni "50" və "100" dollarlıq əsginasların çapı dayandırıla bilər

Yeni "50" və "100" dollarlıq əsginasların çapı dayandırıla bilər
18.02.2016 16:49
ABŞ-ın keçmiş maliyə naziri Laurens Sammers  50 və 100 dollarlıq yeni əsginasların buraxılışını dayandırmağa çağırıb.

 ANS PRESS-in məlumatına görə, bu barədə Sammersin  Washington Post qəzetində yazdığı məqaləsində bildirilir. O,  öz məqaləsində  qeyd edir ki, bu cür əsginasların dövriyyədən çıxarılması cinayətkarlığın və korrupsiyanın qarşısını almağa kömək edəcək.

"Müəyyən dairələrdə" bu banknotların  Ben Laden ləqəbi ilə tanındığını qeyd edən sabiq nazir dəyəri yüksək olan yeni əsginasların  qanunsuz pul daşınması ilə məşğul olan cinayətkarların diqqətini cəlb etdiyini önə çəkib. 

"G7, yaxud da G20 tərəfindən 50, yaxud 100 dollarlıq əsginasların çapının dayandırılması haqda qərar qəbul edilərsə, bu, son illərdə bütün Avropa üçün qəbul edilmiş ən yaxşı qanun olardı. O, zaman deyə bilərdik ki, dünya maliyyə birliyi "böyük pullar”a qarşı çıxış etməklə sadə insanların maraqlarını müdafiə edir”, - deyə Sammersin məqaləsində qeyd olunub.

Sabiq nazirin sözlərinə görə, ABŞ-da təkcə 2016-cı ilin  yanvarında  57.6 milyon  100 dollarlıq əsginas və 41.6 milyon  50 dollarlıq əsginas çap edilib. Onların ümumi dəyəri hesablamalara görə, 1.39 trilyon dollardır ki, onun 1.08 trilyonu 100 dollarlıq əsginasların payına düşür. Bu əsginasların 38.1 milyarddan 10.8 milyardı, yəni  28.35 % dövriyəyyə buraxılıb.

Laurens Sammers-ABŞ-ın sabiq maliyə naziri

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol