• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna: Spiker koalisiyanın dağıldığını rəsmən elan edib

Ukrayna: Spiker koalisiyanın dağıldığını rəsmən elan edib
19.02.2016 20:39
Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman "Samopomoş” fraksiyasının parlament koalisiyasının tərkibindən çıxdığını rəsmi sürətdə elan edib.

Qroysmanın bildirdiyinə görə, "Samopomoş" deputat fraksiyası "Avropa Ukraynası" koalisiyası tərkibində iştirakını dayandırıb, "fraksiya üzvləri koalisiya müqaviləsindən imzalarını geri çağırıblar".

Bununla da Ukrayna parlamentində hakim koalisiyanın dağılması rəsmiləşdirilib.

Ali Rada spikeri yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün siyasi məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayıb.

"Samopomoş" fraksiyası parlament koalisiyası tərkibindən çıxmasını Ali Radada "oliqarxlar çevrilişində iştirak etmiş siyasi qüvvələrlə eyni ittifaqda olmamaq istəyilə" izah edib.

Parlamentdə "Samopomoş" fraksiyasını 33 deputat təmsil edir.

Bundan əvvəl Yuliya Timoşenkonun "Batkivşina" və Oleq Lyaşkonun Radikal partiyaları da parlament koalisiyasını tərk etmişdilər.

Bu arada, parlamentdə hökumətə etimadsızlıq səsverməsindən qalib çıxmış Baş nazir Arseni Yatsenyuk, "keçmiş umu-küsünü kənara qoymağa" çağıraraq, prezident Poroşenkonu dəstəkləyən fraksiyalarla əməkdaşlığa hazır oluğunu bildirib. //bbc.com/azeri
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol