• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı Türkiyəyə 15 gün vaxt verdi

Avropa İttifaqı Türkiyəyə 15 gün vaxt verdi
20.02.2016 13:33
Avropa İttifaqı zirvəsində qaçqın axınını azalda bilmək üçün Türkiyəyə mart ayına qədər vaxt verildi, "Frontex” Türkiyədən Yunanıstana keçən qaçqınların gündə 4 min səviyyəyə çatdığını açıqladı.

Türkiyə ilə imzalanan ortaq qaçqın hərəkət planını görüşmək üçün Brüsseldə toplanan Avropa Birliyinin liderləri Türkiyə ilə martın 5-də yeni görüşün keçirilməsi ilə bağlı qərara gəliblər. 

Sputnik Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Almaniya kansleri Angela Merkel Avropa Birliyinin qaçqın böhranı ilə mübarizədə Türkiyə ilə imzalanan razılaşmanın önəmini qeyd edib.

Avropa Birliyi ilə Türkiyə arasında noyabr ayında əldə olunan razılaşma ilə Türkiyənin qaçqın axınını dayandırması qarşılığında 3 milyard avro maliyyə yardımı edilməsi qərarı alınmışdı. Avropa Birliyi razılaşma çərçivəsində 2016-ci ildə Türk vətəndaşlarına viza sərbəstliyi verilməsini qərara almışdı.

Avropa Birliyinin sərhədi qoruma agentliyi olan "Frontex” isə Türkiyədən Yunanıstana keçən qaçqın sayının artıdığın bildirib. Məlumata görə, 16 fevralda 1783, 17 fevralda isə 4611 qaçqın Egey dənizi üzərindən Yunanıstana keçib.

Bir NATO rəsmisi isə NATO-nun Türkiyə və Yunanıstan arasındakı insan qaçaqmalçılığının qarşısını almaq üçün Egey dənizinə göndərdiyi gəminin dünən bölgəyə çatdığını söyləyib.

Almaniyanın daxili işlər naziri isə bəzi ölkələrin qaçqın böhranını Almaniyanın kürəyinə yükləmək istədiyini söyləyib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol