Rusiya: Pskovda Stalinə büst qoyublar

Rusiyanın Pskov vilayətindəki Hərbi-Tarixi qoruq-muzeyində (Ostrov rayonunun Xolmatka kəndi) Stalinə abidə qoyulub.
Müzeyin direktoru Petr Qrinçuk "Pskov xəbərlər lentinə” müsahibəsində deyib ki, büst "Müharibə və müharibədən sonra SSRi-nin bərpası illərində Stalinin göstərdiyi xidmətlərə görə” qoyulub.
Heykəlin qoyulması ilə bağlı xərcləri Hərbi-Tarixi Cəmiyyət öz üzərinə götürüb.
2015-ci ildə Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) Lipetsk şöbəsi Stalinə heykəl qoyub. Lakin abidənin qoyulmasından iki gün keçmiş heykələ boya töküblər.
Bundan iki il əvvəl eyni aqibəti Gürcüstanın Telavi şəhərindəki heykəl də bölüşüb. //bbc.com/azeri
www.ann.az