Türkiyənin Suriya ilə sərhəd ərazisinə pilotsuz uçan aparat düşdü

Türkiyənin Suriya ilə sərhəd ərazisinə - Hatay əyalətinin Yayladağı rayonuna pilotsuz uçan aparat (PUA) düşüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, aparatın qırıntıları araşdırılır.
PUA-nın hansı ölkəyə məxsus olduğu bilinmir.
www.ann.az
























