İki təyyarə təcili eniş etdi

ABŞ-ın "United Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib. ANS PRESS-in məlumatına görə, göyərtəsində 160 sərnişinin olduğu "Boeing 757" təyyarəsi Böyük Britaniyanın Mançester hava limanında təcili eniş etməli olub. Belfastdan Nyu-Yorka uçan təyyarənin mexaniki nasazlığa görə Mançester şəhərinə yönəldildiyi bildirilir. Təcili eniş zamanı xəsarət alan olmayıb.
"United Airlines" aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, "Boeing 757" təyyarəsinin pilotları "ehtiyat tədbiri" olaraq təcili eniş ediblər.
Bu arada, Böyük Britaniyanın "British Airways" aviaşirkətinə məxsus "Airbus 320" sərnişin təyyarəsi Fransanın Bordo şəhərində təcili eniş edib.
Təyyarəİspaniyanın Bilbao şəhərindən Londona uçmalı imiş. Təcili enişin səbəbləri hələlik məlum deyil.
www.ann.az
























